Nəqliyyat Nazirliyi və DYP əməkdaşları birgə reyd keçirib – VİDEO
Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları Beyləqan rayonunda qaydaları pozan sürücülərə qarşı birgə reyd keçirib. “Report”un Qarabağ bürosunun məlumatına görə, şəhərdaxili küçələrdə postlar qurulub, yükdaşıma və sərnişindaşıma qaydalarını pozan sürücülər müəyyənləşdirilib.
DANX-ın Beyləqan rayon regional şöbəsinin məsləhətçisi Sənan Quliyev bildirib ki, reyd zamanı 50-dən çox sürücünün qaydaları pozması aşkar edilib: “Qayda pozan sürücülər barəsində müaviq tədbirlər görülüb. Reyd zamanı fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşqul olan, avtomobilin üst hissəsinə qanunsuz olaraq yük yeri bağlayan, sərnişindaşıma və yük daşıma qaydalarını pozan sürücülər aşkarlanıb”.
S.Quliyev həmçinin əlavə edib ki, reyd zamanı müfəttişləri təhqir edən, onların qanuni tələblərinə riayət etməyən və tabe olmayan sürücülərə də rast gəlinib.