Polis reyd keçirdi: 100-ə yaxın avtomobil saxlanılıb
"AzerTaym.az" “Report”-a istinadən məlumat verir ki, Kürdəmir polisi də atmosferi çirkləndirən avtomabillərə, eyni zamanda yol hərəkəti qaydalarını pozan sücülərə qarşı reydlər keçirib.
Reyd zamanı avtomabili normadan artıq dəm qazı ixrac edən sürücü saxlanılıb. Yol polisinin protokol tərdib ediləcəyini görən sürücü bununla razılaşmayıb, iradlarını bildirib. Eyni zamanda, toy karvanında avtomobilin nömrəsini gizlətməklə hərəkət edən sürücü də aşkar olunub. Yol polisi qaydanı pozan sürücüyə “saxla” əmri verisə də, o, əmrə tabe olmayaraq yoluna davam edib. sonda polis onu saxlamağa nail olub. Qayda pozaraq, “saxla” əmrinə tabe olmayan sürücü hərəkətini müxtəlif səbəblərlə izah edib.
Yol polis tərəfindən saxlanılan sürücülərin bəziləri avtomabilinin ekalogiyaya ziyan vurmasından xəbərsiz olduğunu deyərək bunu yanacağın keyfiyyətsiz olması və avtomobillərinin düzgün işləməməsi ilə izah ediblər.
Reyd zamanı bir necə sürücünün sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində saxlanılması, sənədlərinin qaydasinda olmaması, eyni zamanda avtomobilinə əlavə avadanlıq quraşıdarılması faktları aşkar edilib.
Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb, 52 sürücüyə atmosferi korladığına, 15 sürücüyə isə digər inzibati xətlara görə protokol tərtib olunub.
Xatırladaq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.