Millət olaraq biz PREZİDENTDƏN müharibə tələb etməliyik - QURBAN Məmmədov

02 aprel saat 21-26da sonuncu dəfə Rasimlə danışdım. "Hardasan? Vəziyyət necədir? Bir şey edə bilirsinizmi?"--deyə, soruşdum.

Cavabı qısa oldu: "Təyin olunduğum yerdəyəm. Ermənilərin başında turp əkmişik. Narahat olmayın. Çox zəng eləməyin bu tərəflərə."
Rasim balamız 1992-ci ildə Sədərək döyüşlərində birinci qrup əlil olan atasının qisasını aldı.
Rasimin qisasını almaq üçün tayfamızda yüzlərlə gəncimiz var.
ŞÜKR ALLAH(c.c)a.
Atəşkəslə bağlı "şəhidlərin qanı batır" deyənlər, tələsməyin.
Bizim qanımız batmayıb və bata da bilməz. 
Şəhid qanını yalnız qan sahibi batıra bilər. 
Qeyrəti olmayanların qanı batar.
Bu milləti qeyrətsizlikdə ittiham ermədən düşünün bir...
Siyasəti bura qarışdırmayın!
Millət olaraq biz prezidentdən müharibə tələb etməliyik.
Müharibə haqqında qərar isə siyasidir...
Qurban Məmmədov, şəhid əmisi, tanınmış hüquqşünas






Fikirlər