"VUR Komandan, VUR, biz də sizin yanınızdayıq!" — XALQ artistləri döyüşdən danışdılar

"Vur Komandan, vur, biz də sizin yanınızdayıq!" — Xalq artistləri döyüşdən danışdılar

Cəbhə bölgəsində düşmənlə təmas xəttində ağır döyüşlər davam edir. 


Müdafiə Nazirliyinin son məlumatına görə, dünən gecədən vəziyyət yenidən gərginləşib. Ordumuz 15 şəhid versə də, bir neçə kəndimiz və yüksəkliklər geri qaytarılıb və məlum olduğu kimi qarşı tərəf dəfələrlə artıq itki verib.

Ölkə.az tanınmış sənətkarların son günlər cəbhə xəttində baş verənlərlə bağlı fikrini öyrənib.

Xalq artisti, bir çox tarixi qəhrəmanlarımızın obrazlarını yaratmış tanınmış aktyor Rasim Balayev bildirib ki, şəhidlərimiz olsa da, ordumuzun qazandığı nəticələr sevindiricidir:

"Çox sevinirəm ki, ordumuz son günlər gücünü göstərmək imkanı qazandı. İstərdim ki, axıra qədər belə davam etsinlər. Hələ bir neçə il öncə demişəm ki, Allah mənə Qarabağı görəcək qədər ömür qismət eləsin. Elə istərdim ki, o torpaqları görüm. Düzdür, xeyli şəhid vermişik. Amma müharibə şəhidsiz olmur. Rusiya, Amerika deyir ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq geridə qalan illər göstərdi ki, erməni donuz kimi şeydi, mütləq güc tətbiq etməlisən. Şükür ki, artıq dünya bizim haqlı olduğumuzu məcburən qəbul edir. Biz heç kimə hücum etmirik, evimizə girmiş donuzu qovub çıxarmaq istəyirik. Allah qoysa bunu işi başa çatdırarıq".

Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafov isə bunu böyük başlanğıc adlandırıb:

"Müharibə çox ağır olsa da, tək mən yox bütün xalq sevinir. Çünki ordumuz bir neçə yüksəkliyi və işğalda olan kəndlərimizi azad edib. Amma çox təəssüf ki, müharibə şəhidsiz olmur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Kəndlərimizin işğaldan azad edildiyi xəbərini oxuyanda qəhərləndim. Bu, bizim torpaqlarımızın qaytarılmasının böyük başlanğıcıdır. Başqa bir sevindirici hal ondan ibarətdir ki, bu məsələdə bizi bir sıra ölkələr, o cümlədən Türkiyə və Pakistan kimi böyük dövlətlər dəstəkləyir. İnanıram ki, qələbə bizimlə olacaq".

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, xalq artisti Nurəddin Mehdixanlı qeyd edib ki, baş verənlər həm sevindirici, həm də kədərlidir:

"İstənilən halda baş verənlər həm sevindirici, həm də kədərlidir. Torpaqlarımız azad olunmalıdır, çünki bizimdir. Ölkə rəhbərliyinin, Ali Baş Komandanın qətiyyəti təqdir olunasıdır. Biz də hər zaman onun yanındayıq. Düzdür, müharibə itkisiz olmur. Bizim də igid oğullarımız şəhid olur. Onlar həm də bizim balalarımızdır. Allah yaxınlarına səbr versin. Yurduna sahib çıxmaq istəyirsənsə, savaşacaqsan və bu savaşda itkilərin də olacaq. Bir məqamı da qeyd etmək yerinə düşər. Azərbaycan Prezidentinin nüfuzlu beynəlxalq sammitdə iştirakı görünür, erməniləri və onların qardaşlarını heç də qane etmədi. Ona görə də həmin sammit bitməmiş təxribata əl atdılar və layiqli də cavablarını aldılar".

N.Mehdixanlı bəzi qeyi-peşəkar mətbu orqanlarla bağlı da fikirlər səsləndirib:

"Bəzi qeyri peşəkar KİV-də xoşagəlməz informasiyalar yayılırdı. Hətta bir müddət öncə "lazım gəlib çıxmadı", "niyə müharibə olmadığı halda orduya bu qədər pul ayrılır" kimi kinayəli sözlər yer alırdı. İndi isə həmin adamlar şivən qoparırlar ki, şəhidlərimiz var. Bəli, şəhidlərimiz var, hamımız bu acını paylaşırıq. Ancaq seçim nədir? Ya qul olacaqsan, ya da savaşıb torpağını geri alacaqsan. Fikir verirəm, bəzi ermənipərəstlər, rusa gədəlik edənlər bu arada bərk narahatdırlar. Dünya 25 ildir susur, bütün beynəlxaq təşkilatların bizim haqlı olmağımızla bağlı sənədlərin tələbləri icra olunmur. Amma biz erməni təxribatının qarşısını almaq istəyən kimi, özlərinə əl qatırlar. Ali Baş Komandan demişkən, erməninin bizim torpağımızda nə işi var ki, öldürülsün?! Damarında azərbaycanlı, türk qanı axan hər kəs bir yumruq kimi birləşməlidir. Gec-tez yox, tezliklə torpaqlarımız işğaldan azad ediləcək və mən bunu işartılarını görürəm. Dövlətimizin və dövlət başçımızın yanındanyıq. Mən bir sənət adamıyam. Amma döyüşlərdə iştirak etməyə fiziki gücüm də var, silahla əla davranmağı da bilirəm, 3 il də o torpaqlarda olmuşam, əraziyə yaxşı bələdəm. Nurəddin Mehdixanlı və böyük Mehdixanlılar ailəsi-hamımız hazırıq. Azərbaycan sərhədlərini pozan erməni helikopteri vurulanda əsgərimiz deyirdi ki, "vur, komandir, vur". Mən isə deyirəm ki, vur, Komandan, vur, biz də sizin yanınızdayıq".






Fikirlər