Akademik Cəmil Əliyev BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜB

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Elmlər Akademiyasının akademiki Cəmil Əliyev Beynəlxalq Elmlər Akademiyasının yüksək mükafatı – Nobel mükafatı laureatı Pavlov adına Qızıl döş nişanı ilə təltif olunub.

Moderator.az akademiyanın rəsmi saytına istinadən xəbər verir ki, Milli Onkologiya Mərkəzində keçirilən təntənəli təqdimat mərasimində BEA-nın prezidenti, akademik Valter Koflerin akademik Cəmil Əliyevə ünvanladığı təbrik məktubu səsləndirilib. Təbrik məktubunda  akademik Valter Koflerin akademik Cəmil Əliyevi BEA-nın bütün üzvləri adından 70 illiyi münasibətilə təbrik edib. 
Mərasimdə BEA Azərbaycan bölməsinin adından akademik Cəmil Əliyevə Beynəlxalq Elmlər Akademiyasının yüksək mükafatı – Nobel mükafatı laureatı Pavlov adına Qızıl döş nişanı təqdim edilib.






Fikirlər