BAKIDA İLK DƏFƏ NÜVƏ simpoziumu keçirilir

atom agentliyi

Aprelin 16-da Bakıda Azərbaycan Nüvə Təbabəti Simpoziumu öz işinə başlayıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəsmilərinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan və Nüvə Təbabəti Mərkəzi haqqında videoçarx nümayiş olunub.

Qonaqları salamlayan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev xərçəng xəstəliklərinin erkən aşkarlanmasında çox böyük əhəmiyyət daşıyan Nüvə Təbabəti Mərkəzinin yaradılmasında BAEA-nın rolunu qeyd edib. Xərçəng xəstəliklərinin erkən diaqnostikası və müalicəsi üzrə Azərbaycanın aparıcı tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzinin əldə etdiyi nailiyyətlərdən danışılıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Dazhu Yanq isə Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsini müsbət addım kimi dəyərləndirib və bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik edib. Simpozium işini sessiyalarda davam etdirib






Fikirlər