17 KİŞİdə süd vəzi XƏRÇƏNGİ aşkarlandı - AZƏRBAYCANda




"2014-cü ildə Azərbaycanda 1400 qadında, 17 kişidə süd vəzi xərçəngi aşkarlanıb".
Bunu Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin mamoloqu Elgül Əsgorova deyib. O bildirib ki, süd vəzi xərçəngi xəstəliyi diaqnozu ilə mərkəzə müraciət edənlərin sayı ilbəil artır: "Ancaq çox yaxşı haldır ki, ötən illərlə müqayisədə xəstələr erkən mərhələdə müraciət edirlər. Bu da onların tezliklə müalicə olunub, normal həyata qayıtmasına kömək edir".

E. Əsgərova qeyd edib ki, müraciət edən xəstələrin arasında yaşı 18 olanlar da var.

APA.az






Fikirlər