MEHMAN ƏLİYEVDƏN azərbaycanlı korrupsionerlərə təsəlli

Məlum olduğu kimi, Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkə ərazisində korrupsionerlərə məxsus daşınmaz əmlakların müəyyən edilməsi istiqamətində ciddi addımlar atılacağını bildirib.

Baş nazirin sözlərinə görə, şübhəli mülklər, sahibi gizli saxlanılan daşınmaz əmlakların təsbit edilməsi istiqamətində iş aparılacaq. Əgər mülk sahibləri öz gəlirlərinin mənbəyini açıqlamasalar, yaxud əmlakın korrupsiya yolu ilə əldə edilən pulla alındğı bəlli olsa, həmin mülklər Britaniya dövlətinin xeyrinə müsadirə ediləcək.

Maraqlıdır, Böük Britaniyaya azərbaycanlı korrupsionerlərin də həddindən artıq böyük maraq göstərdiyini nəzərə alsaq, söyləmək olarmı ki, D.Kemeronun bu təşəbbüsündən ən çox zərər çəkənlərdən biri məhz “milli korrupsionerlər” olacaq?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev itkilərin olacağını vurğulamaqla yanaşı, ən çox itirən tərəfin azərbaycanlı korrupsionerlər olmayacağını qeyd edib:

“Azərbaycandan ofşorlara milyonlarla manat vəsaitin axıdılması ilə bağlı məlumatlar var. Lakin elə ölkələr var ki, onlarda bu rəqəm bizdən xeyli çoxdur. Məsələn, Rusiya bir ildə ofşorlara

1 trilyon iki yüz milyard məbləğində pul axıdıb. Yəni bütövlükdə söhbət bir neçə trilyondan gedir. Bu trilyonların içində Azərbaycanın payı məncə, o qədər də böyük deyil. Bu isə o deməkdir ki, ən çox itirən azərbaycanlı korrupsionerlər olmayacaq. Amma bu da bir həqiqətdir ki, azərbaycanlı korrupsionerlərin də itkiləri olacaq. Hansı ki, bu itkilərədn qaçmaq mümkün deyil”.

 






Fikirlər