Azərbaycanlı milyarderin şirkətinə pul ayrıldı – 1 milyard
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində Rusiyanın “LUKoyl” şirkətinin iştirak payını təmin etmək üçün şirkətə sindikatlaşdırılmış kredit ayıracaq.
“APA-Economics”in məlumatına görə, bu barədə məlumat bankın saytında yerləşdirilib.
Kreditin ümumi həcmi 1 mlrd. dollar təşkil edir və bu məbləğin yarısı AYİB və Asiya İnkişaf Bankının sindikatlaşdırılmış krediti kimi təqdim ediləcək: “Hazırda sazişin imzalanması ilə bağlı hazırlıq işləri gedir”.