Bu il Azərbaycanın ən çox mal ixrac etdiyi ölkələr
Bu göstəricinin 76%-i isə 10 ölkəyə ixracın payına düşüb.
Azertaym.az Dövlət Gömrük Komitəsinə istinadən ən çox ticarət əməliyyatı aparılan ölkələrin siyahısını təqdim edir.
Beləliklə, hesabat dövründə Azərbaycanın ən çox mal ixrac etdiyi ölkə İtaliya olub.
Bu ölkəyə Azərbaycan 5 mlrd. 348 mln. 542 min dollar məbləğində mal ixrac edib ki, bu da ümumi ixracın 24%-ni təşkil edib.
Azərbaycanın ən çox mal ixrac etdiyi ikinci ölkə olan İndoneziyaya 2 mlrd. 730 mln. 271 min dollar məbləğində mal ixrac edib.
İndoneziyaya ixrac olunan malın həcmi ümumi ixracın 12%-ni təşkil edib.
Azərbaycanın hesabat dövründə üçüncü ən çox mal ixrac etdiyi ölkə Tailand olub.
Bu ölkəyə ixrac olunan malın həcmi 1 mlrd. 665 mln. 485 min dollar təşkil edib ki, bu da ümumi ixracın 7%-ni tutub.
Hesabat dövründə növbəti ən çox mal ixrac olunan ölkə Almaniyaya ixrac olunan malın həcmi 1 mlrd. 146 mln. 909 min dollar olub.
Azərbaycanın ixracında əsas ölkələrdən olan İsrailə ixracın həcmi 1 mlrd.142 mln. 462 min dollar təşkil edib.
İlin 11 ayında Azərbaycanın əsas ixracında altıncı yeri tutan Fransaya ixracın həcmi 1 mlrd. 065 mln. 793 min dollar olub.
Hesabat dövründə Azərbaycanın şimal qonşusu Rusiya Federasiyasına ixrac etdiyi malın həcmi 1 mlrd. 012 mln.071 min dollar təşkil edib.
Azərbaycanın ixracatında səkkizinci ölkə olan Hindistana ixracın həcmi 983 mln. 861 min dollar olub.
Yanvar-noyabr aylarında Azərbaycanın mal ixrac etdiyi doqquzuncu ölkə Amerika Birləşmiş Ştatları olub.
Bu ölkəyə ixrac oluna malın həcmi isə 878 mln. 488 min dollar təşkil edib. Azərbaycanın ən çox mal ixrac etdiyi onuncu ölkə Yunanıstana ixrac etdiyi malın həcmi 745 mln. 895 min dollar təşkil edib.