Lüksemburq mətbuatı Azərbaycandan yazıb

Lüksemburq mətbuatı Azərbaycandan yazıb
Lüksemburqun nüfuzlu fransız dilli “Le Quotidien” qəzetində “Azərbaycan beynəlxalq yarmarkada” sərlövhəli məqalə dərc olunub.

Məqalədə, Azərbaycanın süquta uğrayan SSRİ-nin keçmiş respublikalarından biri olduğu xatırlanır, 10 milyon əhalinin yaşadığı ölkəmizin 1991-ci ildə yenidən müstəqillik əldə etdiyi, yanacaq ehtiyatları ilə zəngin olan Xəzər dənizinin sahilində yerləşdiyi diqqətə çatdırılır.

Məqalədə, həmçinin yarmarkada iştirak edən 60 ölkə arasında Azərbaycan guşəsinin zənginliyi ilə lüksemburqluların diqqətini cəlb etdiyi, yarmarkaya gələnlərdə hədsiz maraq oyatdığı, ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsullara böyük həvəs göstərdikləri qeyd olunur.

Son illər ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlardan bəhs olunan məqalədə Böyük Knyazlıqda Azərbaycan Ticarət Palatasının fəaliyyət göstərdiyi, palatanın iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm rol oynadığı bildirilir.






Fikirlər