İnternet qiymətinin salınması üçün planlar hazırlanır
Onun sözlərinə görə, internet xidmətləri adətən bazarda dövlət tərəfindən tənzimlənməyən xidmətlərdir. "Lakin internet tariflərinin ucuzlaşmasında dövlətin də rolu var. Biz bu xidmətlərin qiymətlərinin aşağı salınması üçün planlar hazırlamışıq. Yəqin ki, yaxın vaxtlarda açıqlanacaq".
Ə.Abbasov Azərbaycanın ilk süni peykindən təkcə bu ilin 6 ayında təxminən 10 milyon dollar ixrac potensialından gəlir əldə etdiyini deyib. "Peykdən istifadədə əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır".