Mobil rabitə tariflərinin azaldılması gözlənilir
Nazir müavini: “Mobil rabitə sahəsində qiymətlərə dəyişikliklər ediləcək”.
Mobil rabitə tariflərinin azaldılacağı gözlənilir. Bugun.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. E.Vəlizadə qeyd edib ki, mobil rabitə sahəsində xidmət tariflərinin azaldılması məsələsi müzakirə olunur və bu istiqamətdə daim addımlar atılır.
Nazir müavini deyib ki, bu istiqamətdə mobil operatorlar, eyni zamanda dövlət qurumları tərəfindən iş aparılır: “Hazırda bu istiqamətdə müzakirələr aparılır. Müzakirələr başa çatdıqdan sonra konkret, detallı məlumat açıqlanacaq. Bu istiqamətdə addımların atılması gözlənilir və mobil rabitə sahəsində qiymətlərə dəyişikliklər ediləcək”.