Bakıda 200 MİN dollarlıq dələduzluq

Bakıda 200 min dollarlıq dələduzluq

Bakı sakininə qarşı 200 min dollarlıq dələduzluq edilib.

 
 AzerTaym.az-ın Report-a istinadən xəbərinə görə, 36 yaşlı Ruslan Zeynalov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ilin may ayında Bakı şəhər sakini 32 yaşlı Rəşad İbrahimov ondan dəyəri 200 000 ABŞ dolları olan kompüter avadanlığı alıb, lakin pulunu indiyədək verməyib.
 
Faktla bağlı araşdırma aparılır.






Fikirlər