“Hökumətin “ASAN” laşması davam etdirilməlidir”

Vüqar Bayramov: “Elektronlaşdırma siyasətinin genişləndirilməsinə də böyük ehtiyac var”

“Hökumətin “ASAN”laşması davam etdirilməlidir”.

Bunu Moderator.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov bildiirib. Ekspert hesab edir ki, “ASAN xidmət”ə olan inamın artması, habelə bu xidmətin səmərəli fəaliyyəti digər nazirlik və komitələrə məxsus bir çox səlahiyyətin “ASAN xidmət”ə verilməsini zəruri edir: “

“Bu gün “ASAN xidmət” insanların ən çox inandığı dövlət qurumlarından biridir. Bu inamı və etimadı nəzərə alaraq nazirlik və komitələrin daha bir çox səlahiyyətinin “ASAN xidmət”ə verilməsi davam etdirilməlidir. Bu, iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı sənədləşmə prosesinin daha çevik və optimal təşkilinə imkan verər. Bundan başqa, hökumətin elektronlaşma siyasətini davam etdirməsi, islahatlar paketini genişləndirməsi də iqtisadi inkişaf üçün əlverişli mühit yaradan, bu inkişafı sitimullaşdıran amillər kimi vacibdir”.

AzerTaym.az

 






Fikirlər