Kabab sizi xərçəngə düçar edə bilər- ŞOK araşdırma

Türkiyəli həkim Alper Ata kababın orqanizmə təsiri barədə ilginc açıqlamada bulunub. 

Maraqlıdır ki, həkim dünyanın ən ləziz yeməyi hesab olunan kababın xərçəng xətəliyinə yol açdığını deyib. Belə ki, ət manqalda bişərkən onun yağları kömürün üzərinə düşür və bu yağlar buxar halında yenidən ətin üzərinə hopur. Bu da xərçəng xəstəliyi üçün şərait yaradır. 
Onkoloji mütəxəssis Alper Ata apardığı araşdırma nəticəsində ən çox kabab yeyilən bölgələr ilə ən az yeyilən bölgələri müqayisə edərək xərçəngə tutulma nisbətini aşkar edib. O, həmçinin sacda bişirilən ət yeməklərinin də xərçəng hüceyrələri üçün şərait yaratdığını deyib.
Həkim həftədə 1 dəfə qırmızı ət ( mal və qoyun əti), 2 dəfə isə balıq yeməyi tövsiyə edir. Mütəxəssisin sözlərinə görə, bu qidalanma xərçəngə tutulma riskini azaldır.

 






Fikirlər