Şizofreniyaya çarə - Balıq yağı
“Qafqazinfo”nun məlumatına görə, Avstraliyadakı Melbourne Universiteti 3 ay boyunca omeqa -3, balıq yağı tərkibli həbdən istifadə edən insanların şizofreniya əlamətlərinin daha az olduğunu sübut etdi.
Elm adamları, 13-25 yaş arası şizofreniyanın ön əlamətlərini göstərən bir neçə nəfərə 3 ay boyunca balıq yağı həbi verib. İştirakçıların digər hissəsi isə içərisində faktor maddə olmayan həblər (plasebo) qəbul edib. Bir il sonra balıq yağından istifadə edən iştirakçılardan yalnız 10-na, plasebo istifadə edənlərin isə 40 %-nə şizofreniya diaqnozu qoyulub.
Mütəxəsislər balıq yağının beyindəki iltihablanmağı azaldıb, sinir hüceyrələrinin qoruduğunu iddia edirlər. Sözügedən araşdırmanın nəticələri “New Scientist” dərc olunub.