GECƏ saatlarında YEMƏK yeyənlər OXUSUN

“Gecə saatlarında yemək yeyənlər OXUSUN

Gecə yemək sindromu qidalanma davranışı pozuntusudur. Bunu deyən türkiyəli qidalanma və pəhriz mütəxəssisi Özge Yüksel gec saatlarda yemək sindromunun qarşısını almaqdan danışıb.

 AzerTaym.az  lent.az-a istinadən  mütəxəssisin bununla bağlı fikirlərini təqdim edir.

Mütəxəssis ilk növbədə onu bildirir ki, gecə yemək vərdişi yuxunun pozulmasına səbəb olur. Bu zamansa enerji qəbuluna ehtiyac yaradır: "Gündəlik kalorinin ən az 50-nin son axşam yeməyindən sonra atışdırmalarla qəbul edilməsi, yeyilən qidalarınsa şəkər və nişasta kimi karbohidrat tərkibli olması artıq bir xəstəliyə işarədir. Oyandıqdan sonra ilk yeməyin bir neçə saat gecikdirilməsi və gecə yeyilənlər səbəbindən narahatlıqlar ortaya çıxır. Bu insanlar səhər oyandıqları zaman özlərini yaxşı hiss edirlər, lakin gün irəlilədikcə ruhi vəziyyəti pisliyə doğru dəyişir. Bunun səbəbi serum melatonin səviyyəsinin aşağı düşməsi, leptin hormonunun azalması və kartizol səviyyəsinin yüksək olmasıdır. Eyni zamanda bunun əsl səbəbi yaşanan böyük stressdir".

Gecə yemək sindromunun müalicəsi

Stress bir çox xəstəliyin qaynağı olmaqla bərabər, yuxu nizamsızlığına və oyanan zaman dərhal yemə istəyinə səbəb ola bilər. Ö. Yükselin sözlərinə görə, günü kafi və doğru qidalanmaqla keçirmək axşam qidalanma və yuxu keyfiyyətinə müsbət təsir edir. Bununla da gecə yemək vərdişinizə son qoymuş olarsınız: "Səhər oyandığınız zaman əl-üzünüzü yuduqdan sonra səhər yeməyi yeməsəniz, bədəniniz oyanmayacaq və günə adaptasiya olmaqda çətinlik çəkəcək. Lakin yaxşı bir səhər yeməyi özünüzü daha enerjili, daha sağlam hiss etməyinizə səbəb olacaq".

Nahar yeməyi də çox əhəmiyyətlidir, sizi axşama hazırlayar. Nahar yeməyini gecikdirdiyinizdə axşama qədər çox acar və axşam yeməyində həddindən artıq yeməyə meyllənərsiniz. Halbuki doydurucu bir nahar yeməyi və ara yeməyində meyvələrlə qidalanmaq aclığınızı azaldar. Bunun sayəsində yeməklərlə mübarizə aparmaq məcburiyyətində qalmazsınız. Axşama doğru kafeinli içki qəbulunu məhdudlaşdırmaq da gecə yuxunuza müsbət təsir edəcək: "Bir çox insan gecə yata bilmək üçün spirtli içki qəbul edir. Lakin spirt qəbulu gecə yarısı oyanmağınızı səbəb olur. Bu zamansa yenə içki və yeməyə meyliniz arta bilər. Gecə yemə sindromu yaşayırsınızsa, psixiatr, psixoloq və dietoloq köməyinə müraciət edin. Buna səbəb olan stressi aradan qaldırmağa çalışın və düzgün qidalanma vərdişləri yaradın".

Həkim onu da əlavə etdi ki, insan mübarizəni ilk növbədə özü ilə aparmalıdır. Birincisi,  iştahanı artıran atışdırmaları gözünüzdən qıraqda saxlayın, yatmadan əvvəl ilıq duş qəbul edin, sonra bitki çayı için. Yuxunuz gəlməsə belə, hər gün eyni saatda yatmağa cəhd edin.






Fikirlər