Məktəbli formalarının QİYMƏTİ artırıldı
Yeni dərsli ərəfəsində məktəbli formalarının qiyməti artırılıb. Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, bu il məktəbli formalarının qiyməti 7 faiz bahalaşıb İndi qiymətlər aşağıdakı kimi müəyyən edilib: – İbtidai sinif şagirdləri üçün forma – 37 manat – Yuxarı siniflər üçün forma – 46 manat Qeyd edək ki, indiyədək kiçik ölçülü məktəbli forması 34 manat, böyükləri isə 43 manat idi. E.Əzimov qiymət artımını manatın devalvasiyası ilə əlaqələndirib: «Biz məktəbli formalarını tikmək üçün bütün xammalı xarici əlkələrdən, əsasən, Türkiyədən alırıq. Onlarla hesablaşmalar da ABŞ dolları ilə aparılır. Dollar bahalaşdıqca aldığımız məhsulların qiyməti də artır. Ey zamanda 40 faiz günrük və vergi rüsumları əlavə olunduqda qiymər xeyli yüksəlir». Şöbə rəisinin sözlərinə görə, yeni qiymətlər tikiş evinin xərclərini ödəməsə də, əhalinin alıcılıq qabiliyyətini nəzərə alaraq bu cür müəyyən edilib: «Müəssisəsdə 800 nəfər işçi çalışır. Onların əmək haqqısını təmin etməliyik. Xaricdən aldığımız mallar da bahalaşır. Ancaq biz təhsilin tələblərini və əhalinin imkanlarını nəzərə alaraq məktəbli formalarının qiymətini kəskin artıra bilmərik». E.Əzimov saxta geyimlərinin satışının qarşısının alınması məsələsinə də toxunub. Bildirib ki, ötən il bununla bağlı hüquq-mühafizə orqanlarına edilən müraciətlər nəticəsində 6 nəfər məsiliyyətə cəlb olunub . «Ötən il bir çox ticarət mərkəzlərində sertifikatsız məktəbli formaları satılırdı. Bizim şikayətlərimizdən sonra bu il əksəriyyətində forma satılmır. Ancaq «Sədərək» və «Binə» Ticarət mərkəzlərində yenə də saxta məktəbli formaları satılır». Şöbə rəisi «Bakı Tikiş Evi»nin istehsalı olan məktəbli formalarının Baknın bütün rayonlarında, eləcə də Xırdalan və Sumqayıtdakı satış mərkəzlərində satıldığını qeyd edib. /fins.az