Bakıda qurbanlıq heyvanları ucuz qiymətə bu yerlərdən almaq olar - SİYAHI
Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhər əhalisinə bazar qiymətindən daha ucuz qurbanlıq heyvanların satışını təklif edir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin Modern.az-a verdiyi məlumata görə, qurbanlıq heyvanların satışı 4 ünvanda həyata keçiriləcək: Xətai rayonu, “Nargilə” kafesinin yanı; Qaradağ rayonu “Meyvəli Ticarət Mərkəzi”nin yanı; Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, “Keşlə” bazarının yaxınlığında; Yasamal rayonu, Şərifzadə küçəsində. M.Hacıyev deyib ki, bayramla əlaqədar eyni zamanda ənənəvi olaraq 5 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. “Qurban bayramı ilə əlaqədar daha çox məhsul, daha çeşid müştərilərə təklif olunur”.