Lombardları kimlər himayə EDİR?

Lombardları kimlər himayə edir?

Rekert lombardlar xalqın baş bəlasına çevrilib.

Məlum devalivasiya hadisələrindən sonra yaşanan problemlərdən dolayı banklar öz müştərilərini itirsədə şəhər və rayonlarda lombardların sayı yağışdan sonra artan göbələklər kimi artıb.

Banklardan götürülmüş pul müəyyən faizə bölünüb xırda ödəmələrlə hesablanaraq geri qaytarılırdı. Sələmçi lombardlar isə heç bir qanuna sığmayan dələduzluq yolları ilə reketçilik edib gecikmiş faizlərə ödəniş olaraq götürülmüş puldan qat-qat artıq girovu satıb girov sahiblərini hədələməklə qanundan kənar qalırlar. Lombardlarla çəkişmələrdən cana doyan vətəndaşlar polisə şikayət etdiyi zaman onlara məhkəməyə müraciət etməyi məsləhət görürlər. Necə olur ki, bir şəxsin yaxasındakı boyunbağını oğurlayıb qaçan kəsə cinayət işi açlıb 3 ildən 7 ilə kimi cinayət məsuliyyətinə cəlb olunur. Amma ödənilmiş puldan 5 qat artıq dəyərdə olan girovu satan lombardlar məsuliyyətdən kənarda qalır. 
İnterpress.az lombardların dələduzluq daşıyan fəaliyyəti ilə bağlı ekspert Əkrəm Həsənova müraciət etdi. Bu sahədə yetərli məlumat və biliyə sahib olan Əkrəm Həsənovdan öyrəndiklərimizi sizlərə təqdim edirik.

Lombardları kimlər himayə edir?


- Heç bir lisenziyasız, özbaşına fəaliyyət göstərən lombardlar barədə dövlət orqanları qarşısında bu məsələ dəfələrlə qaldırılsada heç bir iş görülməyib. Azərbaycanda kredit təşkilatları iki qrupa bölünür. Banklar və bank olmayan kredit təşkilatları. Lombardlar da kredit verməklə məğuldur. Halbuki Nəzarət Palatası tərəfindən lisenziya alınmalıdır. Bank olmayan kredit təşkilatının ən azı 300.000(üzyüz min) manat nizamnamə kapitalı olmalıdır. Bank olmayan təşkilatların bütün əməliyyatlarının tənzimlənməsinə Palata nəzarət edir. Lombard var ki, nizamnamə kapitalı 25 manat göstərilir. Bu gülünc fakt ona əsaslanır ki, onlar kimdənsə borc alıb, lombard kimi fəaliyyət göstərir. Bunun faktın özü qeyri qanunu bank fəaliyyəti ilə məşğul olmaqla ciddi qanun pozuntusudur. Lombard var ki, qoyulan girovları götürüb itir. Bütün lombardlar Nəzarət Palatasında atestasiyadan keçməlidir. Lakin nəzarətin olmaması dələduzluqla məşğul olan lombardların sayının artmasına gətirir. Nəzarət Palatasının banklara və bank olmayan kredit təşkilatlarına xarici valyuta ilə borc verilməsini qadağan etməsi lombardların fazilə pul verməsi faktlarını artırıb. Lombardların üzərində heç bir nəzarət olmadığı üçün onlar xarici valyuta ilə borc pul verirlər. Heç bir lisenziya almadan, atestasiyadan keçmədən bir ofis kirayə etməklə asan yolla gəlir əldə edən lombardlar girov qanunvericiliyini kobud şəkildə pozurlar. Borc qaytarılmadıqda lombard məhkəməyə müraciət edib qoyulan girovu açıq hərracdan satdırıb borclunun girovunu ədalətli şəkildə qiymətləndirib qalan pulu əmanətçiyə qaytarmalı olduğu halda lombardlar qoyulmuş girovu özləri satıb borclunun hüquqlarını pozaraq kobud qanun pozuntusuna yol verirlər.

Lombardları kimlər himayə edir?


- Polisə müraciət edən vətəndaşlarda haqlı olaraq belə bir fikir yaranır ki, lombardlara elə polisin özü himayədarlıq edir. Belə olduğu halda haqsızlıqla üzləşən vətəndaş hara müraciət etməlidir?
Məsələni polislə həll edə bilməyən vətəndaşlar prokurorluq orqanlarına və mütləq şəkildə məhkəməyə müraciət etməlidirlər. Lombardların sahibləri xalqın düşməninə çevrilmiş banditlərdirlər. Buna görə kimsə susmamalıdır. Burda ən vacib məqam onların vergidən yayınmasıdır. Cünki müəyyən olunmalıdır ki, lombardlar borca verdiyi pulu hardan götürüb. Bir halda ki, lombardlar nizmanamədə öz kapitalını gülünc dərəcədə az məbləğdə göstərirlərsə borca verilmiş pulun mənbəyi araşdırılmalıdır. 

Lombardları kimlər himayə edir?


-Lombardlarla bağlı problemlərlə üzləşən vətəndaşlara nə kimi yardım göstərirsiz?
- Biz anti kollektor olaraq bu işlərlə bağlı problemlərlə üzləşən vətəndaşlara hüquqi yardımlar edirik. Şikayət ərizəsi yazıb məhkəməyə müraciət etməklə bağlı bizə müraciət edən bütün vətəndaşlara hüquqi yardım edib dəsətək oluruq.






Fikirlər