Bakıda təcili yardım briqadaları qarlı küçələrdən 61 “bomj” YIGIB

Картинки по запросу BOMOJLAR

Yanvarın 1-dən bu günə kimi Bakıda 61 kimsəsiz şəxs - “bomj” təcili yardım briqadaları vasitəsilə xəstəxanalara yerləşdirlib

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, onlar 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər xəstəxanalarına çatdırılıblar. Kimsəsizlərdən 54-ü kişi, 7-si isə qadın olub.
Baş həkim qeyd edib ki, ötən gündən müşahidə olunan qarlı və şaxtalı havada 3 kimsəsiz şəxs-“bomj” küçələrdən götürülərək 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb.
Qeyd edək ki, kimsəsiz şəxslərin xəstəxanalara yerləşdirilməsi prosesinə səhiyyə nazirinin əmri ilə ötən ildən başlanılıb. 2016-cı ildə ümumilikdə 400-ə yaxın kimsəsiz şəxs təcili yardım tərəfindən götürülərək xəstəxanaya yerləşdirilib.






Fikirlər