Bakıda bir gündə beş uşaq dərmandan ZƏHƏRLƏNDİ
Bakıda beş azyaşlı dərmandan zəhərlənib.
AzerTaym.az APA-ya istinadən xəbər verir ki, ötən gün ərzində paytaxtın müxtəlif ünvanlarından beş uşaq dərman zəhərlənməsi diaqnozu ilə Kiliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
3 yaşlı Həsən Rəhmalı, 2 yaşlı Zeynəb Əliyeva, 6 yaşlı Toğrul Xəlilli, 7 yaşlı Allahverdi Zeynalov və 3 yaşlı Şahin Səfərova tibbi yardım göstərilib. Həkim müdaxiləsindən sonra onların vəziyyətinin normallaşdığı bildirilir.