Bakıda istefada olan polis mayoru intihar edib - YENİLƏNİB

bakida istefada olan polis mayoru intihar edib yenilenib

Bakıda bir neçə gün əvvəl baş verən intihar hadisəsi ilə bağlı bəzi faktlar məlum olub.

 APA-nın əldə etdiyi məlumata görə, aprelin 27-də özünü asaraq intihar edən Sulutəpə qəsəbə sakini, 50 yaşlı Həbib Mirzəyevin sabiq polis əməkdaşı olub.

 O, polis mayoru rütbəsində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Neft Kəmərlərini mühafizəsi idarəsində bölük komandiri vəzifəsində çalışıb. Təqribən 1 il əvvəl isə öz xahişi ilə işdən çıxıb.  

 Məlumata görə, H. Mirzəyev intihar etməzdən əvvəl məktub yazıb. Məktub cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən götürülüb. Həmin məktubda nə yazılması barədə ailə üzvləri məlumatsızdır.

 Onu da əlavə edək ki, H Mirzəyev intihar etməzdən bir neçə dəqiqə əvvəl “whatsapp”-da status paylaşıb.

 APA onun intihardan əvvəl yazdığı statusu əldə edib və təqdim edir. 

 

 ***

 27 aprel saat 09.48

 Bakıda intihar hadisəsi baş verib.

 Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 50 yaşlı Həbib Ələkbər oğlu Mirzəyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. 






Fikirlər