Başqasının göz yaşına TOXUNMAYIN

Başqasının göz yaşına toxunmaq bir sıra xəstəliklərin yayılmasına səbəb olur

Türkiyədə keçirilən oftalmoloqların elmi konfransında müasir dünyada göz xəstəliklərinin yayılmasının əsas səbəblərindən birinin mənbəyinin kompüter olduğu müəyyən edilib. Ofis şəraitində işləyən və kompüterdən mütəmadi şəkildə istifadə edənlərin demək olar ki, hamısında aktiv və passiv şəkildə göz iltihabı var və göz suyunun quruması müşahidə olunur. Bu, kompüter oyunlarının aludəsi olan uşaqlara da aiddir.

AZƏRTAC xəbər verir ki, göz xəstəliklərini yayan maraqlı səbəblərdən biri başqasının göz yaşıdır. Başqasının göz yaşına toxunmaq ona aid olan bütün xəstəlikləri birbaşa özünə köçürməyə səbəb olur, çünki göz yaşı gözdəki bütün fəsadları özünə hopdurur və əksər hallarda xəstəliklərin ümumi nəticəsi kimi xaric olunur. Başqasının göz yaşına toxunandan sonra təsadüfən gözü ovuşdurmaq onda olan göz qızarması, ifrat göz sulanması və göz qapağının şişməsi kimi xəstəliklərin keçməsinə səbəb olur. Ona görə də kiminsə göz yaşını siləndən və ya təsadüfən toxunandan sonra əlləri sabunla yumaq lazımdır.

AzerTaym.az






Fikirlər