Azərbaycanda təhlükə: SİFLİS kəskin artır – Həkim “SOS” SİQNALI VERDİ
“Azərbaycanda sifilis xəstəliyi kəskin artıb” İnternet əsrində yaşasaq da, insanlar kitab, jurnal, qəzet oxusalar da, hətta az-çox tibbi məlumatlılar belə tibbi baxımdan maariflənmiş deyillər. Belə hallar nəinki bir çox xəstəliklərin, həmçinin cinsi yolla ötürülən infeksiyaların da cox geniş yayılmasına səbəb olur.
Cebhe.info xəbər verir ki, ekspertlərin hesablamalarına görə, yer kürəsinin hər altı sakinindən biri nə zamansa cinsi yolla ötürülən hər hansı bir xəstəliyə yoluxub. Azərbaycanda da cinsi yolla keçən xəstəliklərin sayı ildən-ilə artmaqdadır. Buna bir neçə faktor səbəb olur. Cinsi partnyorların tez-tez dəyişdirilməsi, prezervativ istifadə etmədən cinsi əlaqə, fahisəlik və sair…
Cox təəssuf ki, Azərbaycanda cinsi həyatın başlandığı andan muntəzəm səkildə ginekoloqa gedən qadınlardan fərqli olaraq, kişilərimiz yalnız cinsiyyət sisteminin xəstəliklərinin hər hansı bir simptomu meydana çıxdığı zaman həkimə muraciət edirlər. Onu da əlavə edək ki, cinsi yolla ötürülən əksər viruslar özünü büruzə vermir. Ona görə də illər keçdikdən sonra xroniki xəstəliyə çevrilir.
“Sağlam Ailə” klinikasının andrologiya şöbəsinin həkimi Fərid Məhərov deyir ki, Azərbaycanda cinsi keçən xəstəliklərdən kəskin yayılanı sifilisdir: “Təxminən 6-7 il öncəyə qədər ay ərzində mənə müraciət edən pasientlərin 2-3-də sifilisə rast gəlinirdi. İndi isə həftə ərzində yanıma gələn xəstələrin ikisində bu xəstəlik çıxır. Əfsuslar olsun ki, insanların tibbi maariflənməsi çox aşağıdır. Biz ilk növbədə pasientlərimizə tez-tez partnyor dəyişikliyi etməməyi məsləhət görürük. Bu, xəstədə həm də ciddi psixi problemlər yaradır. Belə olan halda xəstə bir partnyorla yalnız bir dəfə cinsi akta girə bilir.
Çünki o, psixi olaraq partnyorunu tez-tez dəyişməyə vərdiş edib. Pasientlərə həmçinin məsləhət görürük ki, yuksək yoluxma riski olan insanlarla – fahişələr, narkomanlar, homoseksuallarla cinsi əlaqədən cəkinsinlər. Prezervativdən istifadə etmək, daha doğrusu, düzgün istifadə etmək vacibdir. Bəzən görürsən ki, xəstə gəlir ki, doktor, mən daim prezervatdən istifadə etmişəm. Bu xəstəlik məndə haradandır? Araşdıranda da məlum olur ki, xəstə prezervativdən düzgün istifadə etmir. Onu da deyim ki, prezervativ cinsi keçən infeksiyalardan 100 deyil, 90 faiz qoruyur”.