OXUYUN: Qarpizi daha çox SEVƏCƏKSİNİZ

Yayın favorit giləmeyvəsi olan qarpızı çətin ki, sevməyən tapıla.

Cebhe.info xəbər verir ki, qarpız sərinləşdirici meyvə olmaqla yanaşı, həm də insan orqnizmi üçün faydalıdır. 150 qram qarpızın 92 faizi sudur. Tərkibində 12 qram karbonhidrat, 1 qram zülal və 2 fazi lif, A, C və B1 vitaminləri var. Kalium baxımından zəngindir. Bundan başqa qarpızın tərkibinə fermentlər, üzvi turşular və təbii şəkər də daxildir. Amma hər şeydən əvvəl, antioksidantlarla son dərəcə boldur. 

Vitamin deposu

 Qarpız C vitamini və likopen, beta-karoten, lutein, zeaksantin və kriptoksantin kimi antioksidant falvonoidlərin mükəmməl bir qaynağıdır. Bu güclü antioksidantlar yaşlanma və xəstəliyin qarşısını almaqda əhəmiyyətli bir qoruyucu olaraq qəbul edilir. Sərbəst radikallara qarşı bədənimizi müdafiə etmək qabiliyyətinə malikdir. Nəmləndirir Dehidratasiya (susuzlaşma) təhlükəsini azaldaraq, bədənin tərləmə yolu ilə itirdiyi maye və mineralların yerinə gəlməsinə köməkçi olur. Yay susuzluğunu aradan qaldırmaq üçün mükəmməl bir meyvədir.  

Toksinləri atır

Orqanizmdə olan zərərli toksinlərin xaric edilməsində kömək olur. Sidikqovucu xüsusiyyətlərə malikdir. Qaraciyəri təmizləyir, böyrəyin funksiyasını yaxşılaşdırır. 

Enerji verir 

Qarpız vitamin B6 ve B1 və təbii enerji gücləndiricilərə malikdir. Maqnezium və kalium kimi mineralların zəngin mənbəyidir. Tərkibindəki C vitamini, likopen ve digər güclü antioksidanların sayəsində orqanizmin təbii müdafiəsini artırır. Bütün bu birləşmələrin xəstəlikləri önləyən sərbəst radikal zərərinə qarşı bədənimizi qorumaq və immun sistemini gücləndirmək üçün mükəmməldir. 

Gözlərə xeyri var 

Qarpızın tərkibində olan likopen ve vitamin göz sağlamlığı üçün çox əhəmiyyətli birləşmələrdir. Onlar makula degenerasiyasını və digər göz ilə bağlı problemlərə qarşı qorumanı təmin edir. Gözlər üçün çox faydalıdır. 

Təzyiq və ürək 

Tərkibində olan amin turşuları, maqnezium qan təzyiqini tarazlayır. Təzyiqi tənzimləyir və ürəklə bağlı problemləri olan xəstələrə çox faydalıdır. 

Uşaqlar qarpızı nə zaman yeyə bilər? 

Körpələr 8-10 ay arası qarpız yeməyə başlaya bilər. İlk sınaqlarda digər meyvələrin suyu ilə birlikdə verilməsi doğru olar. 






Fikirlər