Hər gün bir şabalıd yeyin - Görün nələr baş VERƏCƏK

Картинки по запросу Hər gün bir şabalıd

Türkiyəli diyetoloq və qidalanma mütəxəssisi Melika Şeyma Dəniz şabalıdın faydalarından bəhs edib.

Publik.az xəbər verir ki, şabalıd tərkibinə dəmir, natrium, kalium, maqnezium, sink, A, E və C vitamini kimi bir çox faydalı elementlər daxildir. Lakin karbohidrat miqdarı yüksək olduğu üçün çox yemək ziyandır.

Şabalıdın tərkibində kalium yüksək olduğundan böyrək xəstələrinə həkimlə məsləhətləşmədən yemək icazə verilmir. Diabet xəstələri və pəhriz saxlayan insanlara da həddən çox şabalıd yemək tövsiyə olunmur.

Tox saxlayır

Şabalıdın 100 qramında təxminən 160-180 kalori və təxminən 40 qram karbohidrat var. Yüksək karbohidrat tərkibi və lifləri sayəsində insanı uzun müddət tox saxlayır. Bununla belə 3 şabalıdın 1 dilim çörəyi əvəz etdiyini və köklüyə səbəb ola biləcəyini unutmayın.

Şabalıd pəhrizi

Qidalanma rejimindən asılı olaraq, günorta yeməyi kimi 3 və ya 6 ədəd şabalıd yeyə bilərsiniz. Şabalıdı süd və ya südlü qəhvə ilə birlikdə istifadə etmək olar. Bu, toxluq müddətini uzadacaq. Şabalıd yediyiniz gün plov, makaron kimi kalorili və yağlı qidalara yeməməyə çalışın.

İmmuniteti gücləndirir

Şabalıd müəyyən miqdarda A, C və E vitamini ehtiva edir. A vitamini infeksiyalara qarşı qoruyucu xüsusiyyətə malikdir, vitamin C və E isə antioksidant xüsusiyyətləri sayəsində immunetiti gücləndirir. Bu vitaminlər orqanizmi qripə qarşı qoruyur, hüceyrələrin qocalmasının qarşısını alır.

Ürəyi qoruyur

Tərkibindəki kalium qan təzyiqini tənzimləyir, hipertoniyanın (yüksək təzyiq) qarşısını alır, ürək damar xəstəliklərindən qoruyur. Bu xüsusiyyətlərindən dolayı şabalıd duzlu peçenyelərdən və çubuqlardan daha faydalıdır.

Uşaqlar üçün çox faydalıdır

Diyetoloq Melike Şeyma Dənizin sözlərinə görə, böyümə və inkişaf dövründə sağlam qidalanma xüsusilə əhəmiyyətlidir. Əgər uşaqlara vaxtında sağlam və balanslı qidalanma vərdişini öyrədə bilsəniz, həyatının sonrakı dövrlərində onların səhhətlərində ciddi problemlər olmayacaq. O, hesab edir ki, bu baxımdan şabalıd mağazalarda satılan bir çox şirniyyatdan faydalıdır:

"Şabalıdın qida dəyəri yüksək olduğu üçün zərərsiz çərəzlər siyahısına daxildir. Hər hansı bir sağlamlıq problemi və ya allergik vəziyyəti olmayan uşaqlar gündə 3-6 şabalıdı rahatlıqla yeyə bilər".

Mütəxəssis onu da etiraf edib ki, şabalıd faydalı xüsusiyyətlərə malik olsa da, qış süfrələrinin bu cəlbedici ləzzətinə aldanaraq həddi aşmaq olmaz: "Çünki yüksək karbohidrat tərkibli qızardılmış şabalıdın üç dənəsi bir dilim çörəyə bərabərdir. Şabalıdı odda çox qızartdıqda kanserogen maddələrin inkişfına təsir göstərəcəyini unutmaq lazım olmaz"






Fikirlər