Dişləriniz üçün limon qabığı yeyin - İnanılmaz faydaları

Картинки по запросу limon  

Qurudulmuş və ya təzə limon qabığı bəzi yeməklərdə istifadə edildiyi kimi tibbi məqsədlə də istifadə olunur. Limon qabığını yemək, ya da dəriyə tətbiq etmək C vitamini çatışmazlığına, yüksək xolesterinə, bəzi ürək xəstəliklərinə qarşı terapevtik təsirə malikdir. 

Limon qabığının faydalarını nəzərinizə çatdırırıq: 
 
1. Xolesterini yox edir
Limon qabığı bədənimizdə xolesterini aşağı saldığı üçün ürək sağlığı üçün də faydalıdır. Əhəmiyyətli miqdarda kalium ehtiva etdiyinə görə qan təzyiqini tənzimləyir. Tərkibindəki kimyəvi maddə olan polifenol komponenti sayəsində limon qabığı LDL xolesterinini də salmağa kömək edir. Tərkibindəki C və P vitaminləri qan damarlarını təmizləyir, şəkər xəstəliyindən qaynaqlanan ürək xəstəliklərinə və digər ürək xəstəliklərinə yaxşı təsir edir.
2. Xərçənglə mübarizə aparır
Flavonoidlər bədənimizdə istehsal olunan, eyni zamanda bəzi meyvə tərəvəzlərdə olan antioksidantlardır. Flavonoidlər qocalmağa qarşı ən fəal döyüşçü kimi də tanınırlar. Limon qabığı tərkibində bol miqdarda flavonoid saxladığı üçün xərçəng hüceyrələrin çoxalmasını qarşısını alır. Məhz buna görə limon qabığı yemək xüsusilə dəri, döş və bağırsaq xərçəngini önləyici təsirə malikdir.
3. Sümükləri gücləndirir
Sağlam və güclü sümüklərə sahib olmağın yolu kifayət miqdarda kalsium almaqdan keçir. Limon qabığı isə sümüklərin sağlamlığında mühüm rol oynayan C vitaminiylə yanaşı kalsium da ehtiva edir. Beləliklə, limon qabığının daşlaşma kimi tanınan ostreoartrit xəstəliyinə, oynaqlarda iltihablaşma kimi tanınan xroniki poliartrit xəstəliyinə, revmatizmə bağlı oynaq ağrılarına, sümük zəifliyinə və sümük əriməsinə qarşı qabarıq şəkildə yaxşı təsir etdiyi müşahidə olunur.
4. İmmun sistemini gücləndirir, həzmi asanlaşdırır
Limon qabığı C vitamini ilə birlikdə bədənimizin xəstəliklərlə mübarizədə lazım olan digər vitamin və elementlərlə zəngindir. Yəni immunitet sistemimizin mikroblarla mübarizəsinə kömək edir. Buna bağlı olaraq boğaz iltihabı, boğaz ağrısı və soyuqdəyməyə bağlı grip infeksiyalarının müalicəsində effektlidir. Bundan başqa, limon qabığı lifli çöküntülü quruluşu sayəsində həzmi asanlaşdırır və bağırsaqların daha yaxşı işləməsini təmin edir.
 
5. Ağız sağlamlığına yaxşı təsir edir
C vitamini əskikliyi diş əti iltihabı, dişlərdə qanaxma kimi ağız problemlərinə yol açır. Limon qabığının tərkibində isə C vitaminiylə yanaşı ağız sağlamlığında mühüm amil olan sitrik turşusu var. Buna görə də ağız sağlığıyla bağlı olaraq diş ətləri və dişlərimizdə yarana narahatlıqlara qarşı limon qabığı təbii bir önləyici qidadır. 
 
6. Sərbəst radikalları neytrallaşdırır
Sərbəst radikallar hüceyrələrdə fizioloji və patoloji reaksiyalar mərhələsində yaranan elektronunu itirmiş maddələrdir. Bunlar bədənimizin hər hansı bir bölgəsində qabarmadan immunitet sistemi xəstəliklərinə, qocalmağa hətta bəzi xərçəng növlərinə qədər bir çox xəstəliyə səbəb ola bilər. Limon qabığı tərkibindəki C vitamini sayəsində sərbəst radikalları neytrallaşdırır, beləliklə, bu xəstəliklərə mane olur. C vitamini eyni zamanda sağlam qan dövranı üçün də lazımlı olduğundan limon qabığının istehlakı qan dövranı sağlamlığında da mühüm rol oynayır.
Üzdə, ya da orqanizmin hər hansı bir bölgəsindəki dəri problemləri zamanı limon qabığından   bu şəkildə istifadə edilir:
 
Bir ədəd limonun suyu qaba sıxılır.  Sonra limonun qabığı kəsilərək ayrılır. Ayrılan limon qabığı qabda olan limon suyuna salınaraq bir müddət quru və sərin yerdə  saxlanılır. Daha sonra qarışığa bir çay qaşığı bal qataraq üzə və ya digər problemli bölgəyə tətbiq olunur.  Təxminən 5 dəqiqə sonra durulanır.
 
7. Metabolizmanı gücləndirir və ya zəiflədir 
Limon qabığında olan komponentlərdən biri də arıqlamağa yardım edən pektin adlı komponentdir. Bu komponent kökəlməyə səbəb olan şəkəri azaldığından limon qabığı yemək kilo verməyimizə də kömək edər.
 
8. Dəri xəstəliklərini aradan qaldırır
Sərbəst radikalların qocalmağa yol açdığını qeyd etmişdik. Sərbəst radikallar dəridə ləkə əmələ gəlməsinə və dəri qırışlarına təkan verdiyi üçün qocalmaqla birlikdə mühüm dəri xəstəliklərinə yol açır. Limon qabığı tərkibində olan sitrik turşu və C vitamini ilə qan damarlarının təmizlənməsinə kömək edir. Beləliklə qara ləkələr azalır, dəri hüceyrələrin təmizlənməsinə kömək etdiyinə görə daha sağlam və hamar bir dəriyə sahib olmağımızı təmin edir. Limon qabığı yemək dəri xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.






Fikirlər