Dondurma tərkibindəki kalsium, fosfor, dəmir və sink kimi minerallarla güclü və sağlam sümüklərin meydana gəlməsində mühüm rol oynayır.
Yaz şiriniyyatı olaraq bilinən dondurma, ləzzətli olduğu qədər məzmun cəhətdən də zəngindir. Tərkibindəki kalsium, fosfor, maqnezium, natrium, kalium, dəmir və sink kimi minerallar güclü və sağlam sümüklərin meydana gəlməsini təmin edərək, osteoporoz riskini azaldır.
Dondurmanın 100 qramında süddən daha çox kalsium var. Hər yaş qrupu üçün gündəlik kalsium ehtiyacı 800 min 200 milliqramdır. Böyümə, inkişaf çağındakı uşaq, menopoz dövründəki qadınlar və yaşlılarda isə daha da çoxdur. Sümük sağlamlığı üçün dondurma istehlakı əhəmiyyətlidir.
100 qram paxlava ortalama 400 kalori ehtiva edərkən, 100 qram dondurmada yalnız 174 kalori vardır. Dondurma, eyni zamanda zülal qaynağıdır. Zülallar, sümüklər, əzələlər, qan, dəri və qığırdaq üçün əhəmiyyətli bir qida elementi sayılır. Toxuma təmiri və istehsalını yerinə yetirir, saç və dırnaqlar üçün əhəmiyyətlidir. A, B2 və B12 vitamini ehtiva edir.
A vitamini, sağlam dəri, sümük və immunitet sistemi üçün əhəmiyyət daşıyır. B2 və B12 vitaminləri isə enerji mübadiləsində iştirak edir. Bədəndə anbar edilməyən və suda əriyən B qrupu vitaminlərin kifayət qədər alınması lazımdır. Xüsusilə süd içməyən, pendir, qatıq kimi kalsium cəhətdən zəngin qidaların istehlakında problemi olanlar, mütləq dondurma istehlak etməlidir.