Xərçəngin çarəsi
Şabalıd qış mövsümündə ən çox istifadə edilən qidalardan biridir. Aparılan yeni araşdırmalar şabalıdın xərçəngə qarşı təsirli olduğunu ortaya çıxarıb. Publika.az şabalıdın faydalı xüsusiyyətlərini araşdırıb:
Şabalıd vitamin və minerallarla zəngindir. Xüsusilə, C vitamini mənbəyi olması onu qış aylarının vaz keçilməz qidasına çevirir. Güclü antioksidantlar ehtiva etdiyi üçün xərçəngə qarşı təsirlidir. Şabalıd dəmir, kalsium, maqnezium, fosfor və sinklə zəngindir.
Bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq, şəkər xəstələri və ideal çəkidə qalmaq istəyənlər şabalıd yeyərkən diqqətli olmalı, müəyyən hədi keçməməlidirlər. Çünki şabalıd şəkər xəstələrində təzyiqin yüksəlməsinə səbəb ola bilər. 3 ədəd iri şabalıd 1 dilim çörəklə eyni miqdarda kalori ehtiva etdiyi üçün insanı kökəldir.