Böyrəyi təmizləyən iki möhtəşəm şirə
"Fast-food"lar, həddən artıq yağlı və duzlu yeməklər, spirtli içki - bir sözlə, orqanizmə daxil olan hər bir zərərli qida ilk növbədə böyrəklərə təsir edir. Sağlam qidalanmayan insanların böyrəyində daş yığılır. Həmin daşlardan xilas olmaq və orqanizminizi toksinlərdən təmizləmək istəyirsinizsə, publika.az-ın təqdim etdiyi iki şirə reseptini sınaqdan keçirin. Kök möcüzəsi
Tərkibi:
7 ədəd kök
1 ədəd alma
1 ədəd acı qırmızı bibər
3 dilim zəncəfil kökü
1 ədəd limon
Sadalananların şirəsini çəkin. Gündə 1 və ya 2 stəkan için. Səhərlər acqarına, axşamlar isə yeməkdən 2 saat sonra içməyiniz məsləhətdir.
Çuğundur şirəsi
Tərkibi:
2 ədəd doğranmış çuğundur
2 ədəd alma
3 dilim zəncəfil kökü
1 ədəd limon
Hamısının şirəsini qarışdırıb için. Gündə 2 stəkandan artıq içmək məsləhət deyil. Acqarına içmək olar