Döş xərçənginin qənimi olan 7 Vazkeçilməz..

Səhv qidalanma və az hərəkətli həyat bir çox xəstəliyə gətirib çıxarır. Bu xəstəliklərdən biri olan xərçəng də yanlış həyat tərzinin bir nəticəsi olaraq ortaya çıxır. Ölkəmizdə də döş xərçəngindən əziyyət çəkən qadınların sayı çoxdur. 

Həkimlər xüsusilə qadınların qorxduğu döş xərçəngindən qorunmaq üçün bir sıra faydalı tövsiyələr verirlər.
Moderator.az sağlamlıq üçün vacib olan aşağıdakı məlumatları oxucuların diqqətinə çatdırır.
1- Kükürdlü tərəvəzləri süfrənizdən əskik etməyin. Bütün tərəvəzlər antioksidan tərkibi sayəsində xərçəngə qarşı qoruyucu xüsusiyyətə sahibdir. Xüsusilə də kəskin qoxusu və dadı ilə bilinən brokoli, gül kələm və adi kələm kimi kükürdlü tərəvəzlər anti-xərçəng xüsusiyyətləri ilə ön plana çıxır. Bu tərəvəzlərin tərkibindəki "glukozinolat" adı verilən mürəkkəb sayəsində xərçəngin təsiri yox dərəcəsinə düşür. Bu səbəblə xüsusilə bu tərəvəzləri mövsümündə süfrənizdən əskik etməyin.
2- Gündə 1 çay qaşığı zerdeçal. Zerdeçal özünə sarı-narıncı rəngini verən kurkumin sayəsində oynaq iltihablanması və ürək xəstəlikləri kimi bir çox fərqli xəstəlik növünə qarşı istifadə edilə bilir. Xərçəng hüceyrələrinin də böyüməsi və yayılmasına maneə törətdiyi düşünülən zerdeçalı gündə 1 çay qaşığı istifadə edə bilərsiniz. Zerdeçalı  salat, qatıq və şorbalara əlavə edə bilər, ya da yeməkləri bişirərkən az miqdarda yağ ilə qarışdıraraq yeyə bilərsiniz.
3- C vitaminindən çox istifadə edin. Antioksidan vitaminlər qrupundan olan C vitamininin az istifadə edilməsi xərçəngin meydana gəlməsi ilə əlaqədar ola biləcəyi düşünülür. Tibb ekspertləri hər gün portağal və qreyfrut kimi sitrus bitkiləri, pomidor və bibər kimi tərəvəzlərin hər hansı birini qida siyahınıza mütləq əlavə etməyin lazım olduğunu deyirlər.
4- Balıqdan doğru qidalanın. Ümumi sağlamlığımız üçün bir çox müsbət təsiri olduğunu bildiyimiz balıq, süd vəzisi xərçəngindən qorunmaq üçün də bir nömrəli qidalardan biridir. Ancaq balıqdan maksimum faydalanmaq üçün bu düsturu tətbiq etmək lazımdır. Qızartma və ya buğlama kimi bişirilmiş balıqdan həftədə ən azı 2 dəfə yemək lazımdır. Hisə verilmiş balıqlarla qidlanma düzgün deyil.
5- Zeytun yağından istifadə edin. Zeytunyağı tərkibində olan E vitamini sayəsində həm xərçəngin meydana gəlməsinə maneə törədir, həm də immunitet sistemini gücləndirir.
6- Paxlanı unutmayın. Döş xərçəngindən qorunmaq üçün normal çəkidə olmaq əhəmiyyətlidir. "Quru paxlalılar bu mövzuda bizlərə kömək edən yeməklərin əsasını təşkil edir. Quru paxla, noxud, mərcimək kimi paxlalılar özlərində olan sıxa sayəsində qan şəkərinin balansına kömək edir və toxluq müddətini uzadır. Eyni zamanda bitki mənşəli zülal qaynağı olan bu qrupu həftədə 2-3 dəfə istər isti sulu yemək olaraq istəsəniz salatlarınıza qaynadılmış şəkildə əlavə edərək yeməyinizdə fayda var".
7- Sarımsağı çiy yeyin. Elmi tədqiqatlar sarımsağın ürək-damar xəstəliklərindən qoruyucu, immuniteti gücləndirici və xərçəngdən qoruyucu olduğunu göstərir. Bu müsbət təsirləri "Allisin" adı verilən bir komponent sayəsində olur. "Allisinin" fəaliyyəti üçün sarımsağın əzilib, çiy yeyilməsi lazımdır. Sarımsağı yeməklə birlikdə bişirmək yerinə əzərək bişən yeməyə sonradan əlavə edə bilərsiniz.
Bunlardan çəkinin. Yüksək şəkər və yağlı olan keks, peçenye, şirniyyat, dondurma və s. bütün yeməklər boş kalori qaynaqları olaraq adlandırılır. Boş kalori qaynaqları həm kilo artımına səbəb olaraq xərçəngin meydana gəlməsinə bilavasitə təsir edir, həm də yüksək şəkər zənginlikləri səbəbi ilə xərçəng hüceyrələrinin böyüməsini sürətləndirir. Tibb ekspetləri bu tipli qidalardan az istifadə etməyi və mükünsə ümumiyyətlə istifadə etməməyi məsləhət görürlər.






Fikirlər