Ofis işçilərinə XƏBƏRDARLIQ: çay və qəhvə az için

Ofis işçiləri yorğunluqlarını əsasən çay və qəhvə içməklə çıxarırlar. Bu, həm də bir az vərdişə çevrilmiş haldır. Ancaq mütəxəssislər ofisdə həddindən artıq çay və qəhvə içənlərə xəbərdarlıq edir. Onlar bildirir ki, ofisdə həddən artıq çay və qəhvə içmək bədəndəki bəzi vitamin və mineralların əmilməsini pozur. Gündə səkkiz, həftədə qırx saatını masa arxasında işləyərək keçirənlər üçün sağlam qidalanma və çəkiyə nəzarət vacibdir.

Aile.lent.az bununla bağlı bəzi məsləhətlər təqdim edir.

1. Səhər yeməyinə biganə qalmayın

Gecə boyu heç bir şey yemədiyiniz üçün uzun müddət davam edən aclıq səbəbindən maddələr mübadiləsinin sürəti yavaşlayır. Səhərlər oyandıqdan sonra maddələr mübadiləsini canlandırmaq üçün ən çox 1 saat içərisində və sağlam qidalardan ibarət səhər yeməyi lazımdır. Əgər səhərlər nahar etmədən günə başlasanız, bu, keçən hər dəqiqədə maddələr mübadiləsinin daha da yavaşlamasına səbəb olacaq. Lakin çəki problemi yaşayan insanların enerji sərf etmə problemləri səbəbindən onların daha sıx nahar etmələri çəkilərini azaltmaq əvəzinə çətinləşdirəcək. Araşdırmalar sübut edib ki, kök insanlar səhər yeməyini gec edir və olduqca çox yeyir.

2. İçki dostunuz su olsun

 

Gün ərzində özünüzü davamlı halsız və ya yorğun hiss edirsinizsə, su içməyinizə nəzarət edin. Bundan başqa, böyrək funksiyaları, bədənin istilik tarazlığı, qan dövranı, tullantı maddələrin atılması və qidaların daşınması üçün su içmək çox əhəmiyyətlidir.

3. Çay və qəhvə içməyinizə diqqət edin

Gün ərzində özümüzü daha gümrah hiss etmək üçün çay və qəhvə içməyə üstünlük veririk. Lakin çay və qəhvənin həddindən artıq içilməsi bəzi vitamin və mineralların əmilməsini pozur. Xüsusilə antioksidan vitaminlər (A, C, E) həssas olduqları üçün qəhvə və çayın kofeinindən mənfi təsirlənir. İçki olaraq yaşıl çay, ağ çay və ya digər bitki çaylarını seçə bilərsiniz.

4. Ara payı

Ara yeməklər xüsusilə uzun müddət ac qalmağın qarşısını alaraq qan şəkərinin nizamlanması, o əsnada bədən üçün lazımlı enerjinin təmin edilməsi və maddələr mübadiləsi sürətinin yüksəlməsini təmin edir. Beləcə, gün ərzində daha dinc, sakit, daha gümrah bir vücuda qovuşaraq, diqqət yayınma pozuqluğu, yuxu, yorğunluq kimi problemlərə mane olur. İş yerində yeyə biləcəyiniz ara yeməyi quru ərik, qoz, badam, fındıq, süd, 1 ədəd meyvə və ya ağ pendir və çörəklə kiçik bir buterbrod ola bilər.

5. Harada hərəkət orada bərəkət

Gün ərzində edəcəyiniz nizamlı məşqlə kalori yandırmasını çox artıra, maddələr mübadilənizin işini aktiv və davamlı olaraq təmin edə bilərsiniz. İdman etmək üçün vaxtınız yoxdursa, gün ərzində hərəkətinizi lift vasitəsi ilə deyil, nərdivan seçərək, piyada yeriyərək edə bilərsiniz.

6. İclasdan əvvəl yemək

Bəzi qidalar iş əsnasında həm diqqəti toplamaq, həm də daha sürətli düşünmək üçün güclü təsirə malikdir. Əgər bir mövzuya yönəlmək istəyirsinizsə, qoz, fındıq, badam yeyə bilərsiniz. Lakin miqdarına fikir verin. Yaddaşınızı qüvvətləndirən kök eyni zamanda beynə müsbət təsir edir. Yalnız yarım avokado yeməklə yaddaş və konsentrasiyanızı artıra bilərsiniz. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






Fikirlər