Hər gün 5 şabalıd yeməyin 7 FAYDASI
Şabalıd çox faydalı, diyetik, müalicəvi məhsul sayılır. Şabalıd müxtəlif vitaminlər (A, D, E, B qrupu), minerallar (fosfor, dəmir, kalsium, kalium), qidalı liflər, flavonoidlər, pektinlər, aminturşuları və s. əvəzolunmaz maddələrlə zəngindir. Qidalanma üzrə mütəxəssislər müalicəvi və profilaktik məqsədlərlə hər gün 5 bişmiş şabalıd yeməyi tövsiyə edirlər. Bu orqanizmə çox yaxşı müalicəvi və profilaktik təsir edir. Hər gün 5 şabalıd yeməyin faydaları: - damarların divarlarını möhkəmləndirir, varikoz xəstəliyinin profilaktikasıdır - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir - ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır - sinir sistemi üçün faydalıdır, stress və depressiyadan qoruyur - qanda xolesterolun səviyyəsini aşağı salır - qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini aşağı salır - mübadilə prosesləri yaxşılaşdırır.