Qanda xolesterolun səviyyəsini aşağı salmaq üçün bunları yeyin!
Orqanizmdə xolesterolun yüksək səviyyədə olması ürək-damar sistemi xəstəliklərinin riskini artırır. Beynəlxalq normalara əsasən orqanizmdə xolesterolun səviyyəsi 5 mm/l yuxarı olmamalıdır. Bəzi məhsullar var ki, onlar xolesterolun səviyyəsini aşağı salır. Bu məhsulları həm yüksək xolesterolu aşağı salmaq üçün, həm də bu pozulmanın profilaktikası üçün tez-tez qidalanmaya daxil etmək lazımdır. Bu məhsullar arasında: - Sitrus meyvələri (xüsusilə qreypfrut, portağal, naringi). Bu meyvələri üzərində olan ağ qabıqlarla birlikdə yemək daha faydalıdır. - Yulaf yarması ("gerkules") - Alma - Qoz, püstə - Zeytun yağı - Balıq - Noxud, lobya, mərci