İki məşhur veriliş CƏZALANDIRILDI...
Türkiyə Radio və Televiziya Şurası (RTÜK) iki məşhur verilişi cəzalandırıb. “Qafqazinfo” xəbər verir ki, “Seda və Uğurla artıq susma” və “Bir Hülya Avşar söhbəti” proqramlarına pul cəzası verilib. RTÜK-ün yaydığı məlumatda şouların cəzalandırılma səbəbi də açıqlanıb: “Seda Sayanın aparıcılıq etdiyi verilişdə “Özəl həyatın gizliliyi” ciddi şəkildə pozulub. Efirdə aktrisa Hale Soygazın adı çəkilib. Bildirilib ki, Murat Şar adlı şəxsin övladlıq verildiyi məlum olub. Onun həqiqi anasının aktrisa olduğu ortaya çıxıb. Efirdə “övladını necə tərk etmisən? Vicdansız” kimi ifadələr işlədilib. İkinci proqrama isə milli-mənəvi dəyərlərin, əxlaq və ailənin qorunmasını diqqətə alaraq cəza verilib. Belə ki, Hülya Avşar “Kişilər xanımlarını gizli aldatmaq məcburiyyətində qalırlar” ifadəsini deyib. Bu sözləri efirdə bir neçə dəfə təkrar edib”.