Soyuq havalarda vitaminləri əvəz edən MÖCÜZƏVİ CÖVHƏR
Hazırlanması çox sadə olan bu cövhərin insan orqanizmi üçün faydalarını sayılmaqla bitməz. Ən başlıcası bu cövhər qış mövsümündə, soyuq havalarda sağlamlıq üçün əvəzolunmaz bir vasitədir. Bu çövhərin ən faydalı xüsusiyyəti ondan ibarətdir ki, soyuq havalarda bizi gözləyən xəstəliklərə qarşı mübarizə etmək üçün orqanizmdə immun sistemini gücləndirir Mövzu ilə bağlı yazını təqdim edirik. Cövhərin hazırlanması çox sadədir. Bunun üçün aşağıdakılar lazımdır: Kərəviz - 3 kiloqram Bal - 400 qram Sarmısaq - 400 qram Qıtıqotu (xren) - 400 qram Limon - 8 ədəd Alma - 2 ədəd Bütün bunları ət maşını və ya üyüdücü (blender) vasitəsi ilə əzib xırdalamaq və yaxşıca qarışdırmaq lazımdır. Alınmış kütlə 50 dərəcəyə qədər olan odda qarışdırıla-qarışdırıla qızdırılmalı və qaynamadan odun üstündən götürülməlidir. İki gün sərin yerdə saxlanıldıqdan sonra alınmış qarışığın şirəsi çəkilməlidir. Bununla da sağlamlıq cövhəri hazırdır. O, şüşə qablara süzülərək soyuducuda saxlanılmalıdır. Bu möcüzəvi faydalı cövhəri gündə iki dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 çay qaşığı qəbul etmək lazımdır. Qarşıdan gələn soyuq qış günlərini sağlam və gümrah keçirmək, yeni ilinizi xoş ovqatla qarşılamaq istəyirsinizsə, tənbəllik etmədən sağlamlıq cövhərini hazırlayın və faydalarından yararlanın.