Ürəyimiz niyə dayanır? - QOCA XƏSTƏLİYİN cavan qurbanları...

Son zamanlar qəfil ürək tutmaları ilə keçinən insanların sayı kəskin artıb. Dünən jurnalist Nicat Məlikov, ondan qabaq jurnalist Natiq Qədimov, daha əvvəl isə jurnalist İlqar Qulusoyun ürək tutmasından vəfatı bu xəstəliyin yaşının xeyli gəncləşdiyini göstərir. 

AzerTaym.az xəbər verir ki, Medicina.az ürək damarları daha gənc yaşlardan tıxanmağa başladığından bu qorxulu simptomun vaxtında aşkar olunmasının vacibliyini nəzərə alıb ürək damarlarının tıxanıqlığının necə baş verdiyini araşdırıb. 
Ürək damarlarının tıxanıqlığı infarktın əsas səbəblərindən biridir. Tıxanma tədricən, gizli, güclü ağrısız başlaya bilir və illərlə davam edir. 
Ürəyin 3 əsas tac damarından birində daralma olarsa, bu, ölümə bərabərdir. 
İnvaziv kardioloq Rasim Məhərrəmov Medicina.az-a ürək-damar tıxanıqlığının ilkin əlamətlərini sadalayıb:
"Tam döş sümüyünün arxasında, el arasında "sinə taxtası” deyilən yerdə ağrı olur. Ağrı hər iki qola, kürəyə, əllərə yayıla bilər. Əgər aktiv hərəkət zamanı təngnəfəslik də olursa, artıq ürək damar tıxanmasından şübhələnmək olar. Biz mədə nahiyəsində olan ağrını də ürəklə bağlı nəzarətə götürməliyik. 
 
Картинки по запросу Инфаркт
Ürək damarlarının daralmasının təhlükəli məqamı odur ki, xəstənin heç bir şikayəti olmaya bilər, heç bir əlamət vermir, xəstəlik təsadüfən aşkar olunur. Ona görə insanlar, xüsusən kişilər ildə 1-2 dəfə ürək müayinəsindən keçib, vaxtında damarların vəziyyətini yoxlatmalıdır ki, damarın funksiyası bərpa olunsun”.
Həkimin sözlərinə görə, əgər 2 və daha artıq damar tutularsa, əməliyyat qaçılmazdır və stend qoyulur.
Damar tıxanıqlığının təməli çox vaxt uşaqlıqdan qoyulur, yaşlandıqca həyat şəraiti ilə bağlı inkşaf edir: siqaret, içki, stress, hərəkətsizlik, artıq çəki, pis qidalanma, şəkər xəstəliyi və s. səbəblər damarları zamanla tıxayır.
Ürək damarlarının vəziyyətini elektrokardioqramma, damarların doplleri, ürək USM, KT və bir neçə testrlər müayinə edir.






Fikirlər