Bu gün müəllimlər İMTAHAN verir
Bu gün dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, diaqnostik qiymətləndirmə saat 11:00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (əvvəlki 5 nömrəli Bakı Peşə Liseyinin binası) keçiriləcək. Bu mərhələdə 56 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək və bununla rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə diaqnostik qiymətləndirmə tam başa çatmış hesab olunacaq. Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. AzerTaym.az