PSİXOLOGİYANI pozan QİDALAR HANSILARDIR?

Psixologiyanı pozan qidalar hansılardır?

Psixologiyamıza təkcə ətraf və fiziki yorğunluq deyil, yediyimiz qidalar da təsir göstərir.

"Qafqazinfo" xarici KİV-ə istinadən insan psixologiyasını pozan qidaları təqdim edir:

Meyvə qurusu 

Şəkərli meyvə qurusu tərkibində olan zərərli maddələr səbəbindən diqqət dağınıqlığına və uşaqlarda hiperaktivliyə səbəb olur. 

"Fast food"

"Fast food"lar təkcə orqanizmimizi pozmaqla kifayətlənmir, psixologiyaya da mənfi təsir göstərir. İnsanların əhvalını korlayan bu cür qidaların tərkibindəki ziyanlı yağlar bədəninizin də ən böyük düçmənlərindən biridir.

Qatı yağ və marqarin 

İnsan sağlamlığına böyük ziyanı olduğu bilinən yağlar beyində xoşbəxtlik hormonlarını öldürür. Bunun əvəzinə kərə yağı istifadə etməlisiniz.

Şirin qarğıdalı cipsləri 

Bu qidalar enerji itirməyinizə səbəb olmaqla yanaşı, melanxolik əhvala düşməyinizə gətirib çıxarır. Tərkibində həddindən çox şəkər olan bu cipsləri qida rasionunuzdan çıxarın.

Konservləşdirilmiş məhsullar

Bu qidalar psixologiyanın başlıca düşmənidir. Tərkibindəki qatqı maddələri yorğunluğa, zəiflik hissinə səbəb olur. 






Fikirlər