Qadınlar üçün ən faydalı meyvə - MÜTLƏQ OXUYUN
Tibb elmi meyvə-tərəvəz qəbulunun insan orqanizminə böyük fayda verdiyin çoxdan müəyyənləşdirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Edinburq Universitetinin ekspertləri insanın cinsindən asılı olaraq meyvə-tərəvəzin ona müxtəlif cür təsir etdiyini aydınlaşdırıb. Onların fikrincə, qadın orqanizmi üçün ən faydalı meyvə avakadodur. Onun tərkibində B2 və dəmirin kompleks şəkildə olması qadınlara menstrual dövrü və qan dövriyyəsini optimallaşdırmağa imkan verir. Bundan başqa, onun tərkibindəki E vitamini qadınlar hüceyrələrini yaş dəyişkənliyindən və viruslardan effektiv şəkildə qoruyur. Avakado xolestrinin miqdarının artmasına, ürəyin stabil fəaliyyətinə və piy qatlarının əriməsinə də şərait yaradır. Meyvənin tərkibindəki antioksidantlar xərçəng xəstəliyinin yaranmasına və horomonal problemlərə qarşı da müsbət təsir göstərir.