DİŞlərinizin SAĞLAMlığı üçün bu qidalardan UZAQ OLUN
Gözəl və etibarlı bir gülüşə sahib olmaq istəyirsinizsə, sevdiyiniz bir çox qidalara "yox" deməyə məcbursuz. Amerikalı stomatoloqlar iddia edir ki, dişlər insanda qarşı tərəfə müsbət enerji ötürməyə kömək edir. Təmiz, bəyaz dişlər, eləcə də təravətli nəfəs, sizə cəzbedici gülüş bəxş edir. Bu gün demək olar ki, 5 ailədən 2-də dişlə bağlı çoxsaylı problemlər var. Bəs bu problemləri həll etmək üçün nələrə fikir vermək lazımdır? Dişlərin çürüməsinə səbəb olan amillər nələrdir? Sağlam dişlərin və etibarlı gülüşün sirrini öyrənmək istəyirsinizsə, bu yazını diqqətlə oxuyun. Publika.az oxucularını stomatoloqların bəyaz dişlərə və cəzbedici gülüşlərə sahib olmanın üsulları ilə tanış edir: Dişlərə ziyan verən amil gün ərzində istifadə etdiyimiz qidaların tərkibində olan turşulardır. Bəzi qidaların tərkibində dişlərə ziyan verə biləcək turşular var. Həmin qidalardakı karbohidrat ağız boşluğundakı bakteriyaların köməyi ilə turşuya çevrilərək, dişlərə ciddi zərər verir. Ona görə də dişlərin mina qatını zədələyən qidalardan və tütün məhsullarından uzaq olmaq lazımdır: Ağ çörək
Ümumiyyətlə, çörək dişlərlə yanaşı, insan orqanizmi üçün də o qədər xeyirli sayılmaz. Ağ çörək diş sağlamlığına zərər vuran qidalar sırasındadır. Mütəxəssislər ağ çörəkdən istifadə etmək yerinə, dənli taxıllardan bişirilmiş çörəklərə üstünlük verməyi tövsiyə edir. Meyvə şirələri
Ümumiyyətlə, "PH" dəyəri 7-dən az olan qidalar dişlər üçün zərərlidir. Meyvə sularının "PH" dəyəri 2.5 olduğundan bu siyahıda yer alırlar. Stomatoloqlar tövsiyyə edir ki, meyvə sularının dişlə daha az təmasda olması üçün onları çubuqlar vasitəsilə için. Tütün məhsulları və siqaret
Bu məhsullar diş və diş ətinə ciddi ziyan vurur. Nəfəsinizdən gələn kəskin qoxunun səbəbi ilk növbədə diş əti xəstəlikləri olsa da, digər səbəbi də məhz siqaretdir. Dişlərlə yanaşı, siqaret ağciyərləri də məhv edir Alkoqollu içkilər
Ağızdakı turşuları azaldan ilk vasitə ağız suyudur. Ona görə də ağız quruluğuna səbəb olacaq hər bir qida dişlər üçün ziyanlıdır. Spirt də ağız quruluğuna səbəb olduğu üçün isifadə edilməməlidir. Enerji içkiləri
Enerji içkiləri də kola kimi ortofosfat, sitrit turşuları ilə zəngindirlər. Bu da həm diş, həm də sağlamlığınız üçün çox təhlükəlidir. Saqqız Quru meyvələr
Quru meyvələrin tərkibində yüksək miqdarda karbohidrat vardır. Quru meyvələr dişlərə yapışaraq ağız boşluğunda uzun müddət qaldığından dişdə bakteriyaların yaranmasına və diş çürüklərin yaranmasına səbəb olur. Ona görə də quru meyvə yedikdən sonra dərhal dişləri fırçalamaq və ya şəkərsiz saqqız çeynəmək lazımdır. Limon
Limon da PH dəyəri 7-dən aşağı olan qidalardandır. PH dəyəri 2 olan limon dişləriniz üçün zərərlidir. Tərkibindəki turşular da eyni zamanda dişlərin mina qatını zədələyir. Kola
Ən ziyanlı içkilərdən biridir. Çünki tərkibində ortofosfat və sitrit turşusu vardır ki, bunlar da dişlər üçün çox ziyanlıdır. Buz
Olduqca sərt və soyuq olan buz dişlərə toxuduğunda mina qatına ziyan verir. Gündə üç dəfə dişləri fırçalamaq diş sağlamlığı baxımından lazımlı olsa da, təkbaşına kafi olmur. Sağlam dişlər və mükəmməl gülüşlər üçün yeyib içdiklərinizə də diqqət yetirməniz lazımdır. Uşaqlığımızdan bəri şəkər yemənin dişlərimizi çürütdüyünü və almanın çox faydalı olduğunu eşitmişik. Marmelad
Marmelad dişlərə zərərli olan qidalar sırasındadır. Çünki, tərkibində yüksək şəkər və astirit turşusu vardır. Taxıllı yeməklər Taxıllı yeməklərin dişlər mövzusunda qara siyahıda olmasının səbəbi tərkibindəki şəkərdir. Həkimlər gündə ən az beş dəfə yemək lazım olduğuna söyləyir. Ağ şərabın tərkibindəki turşu diş minasını yumşaldır, eyni zamanda dişin strukturunu zəiflədir. Diş minası yuyulanda isə onun altındakı sinirləri həssas edir. Nəticədə, dişlər həssaslaşır. Şirin likörlər, tərkibində şəkər və alkoqol olan kokteyllər də dişlərdə kariesin yaranmasına səbəb olur. Xatırladaq ki, stomatoloqlar pasiyentlərə yeməkdən sonra pendir və kərəviz istehlak etməyi tövsiyə edir. Alkoqol qəbulundan sonra dişlərin təbii şəkildə təmizlənməsi üçün ən yaxşı vasitə məhz budur.
Hər gün saqqız çeynəmək dişlər üçün çox ziyandır. Əsasən də bu, saqqız sevənlərə aiddir. Saqqız çeynəyəndə nanəli və yaxud dadsız saqqızlara üstünlük verin. Çünki tərkibində şəkər olan saaqızlar diş üçün ziyanlıdır.
Şirniyyatın və turşməzə məhsulların dişləri məhv etdiyini bilirdik. Ancaq britaniyalı stomatoloqlar isə dişləri məhv edən gizli mənbədən - alkoqoldan söz açıblar.