Dişləri saraldan GİZLİ təhlükələr
Dişlərinizi hər gün fırçalasanız da, onlar reklamlardakı kimi ağappaq görünmürlər? Bunun səbəbi gün ərzində qəbul edilən içki və qidaların bir çoxunun dişlərə zərər verməsidir. Dişlərinizin sağlamlığı üçün Publika.az-ın təqdim etdiyi aşağıdakı içki və qidalarla ehtiyatlı olun. Limonad İsti günlərdə ən çox sevilən içki olan limonad dişlərin düşmənidir. Limonadın tərkibindəki turşular və şəkər diş minasına zərər verir. Şərab Qırmızı şərab da dişləri saraldan içkilər sırasındadır. Onun qədər zərərli olmasa da, ağ şərab da dişə zərər verir. Şərab bəzi qidalarla birgə qəbul edildikdə dişlər üçün əsl təhlükə mənbəyinə çevrilir. Məsələn, yeməkdən öncə 2 qədəh ağ şərab içib daha sonra pomidor sousu ilə makaron yesəniz, dişlərinizdə ləkə meydana gələ bilər. Yaşıl çay Orqanizm üçün çox faydalı olan yaşıl çay təəssüf ki, dişlərə ziyan vurur. Ancaq bu baxımdan adi çay da ən az yaşıl çay qədər zərərli hesab edilir. Ona görə də, çay içdikdən sonrakı 30 dəqiqə ərzində dişlər mütləq fırçalanmalıdır.