Əziz Əzizovun nazirlə “üzüm davası”

Əziz Əzizovun nazirlə “üzüm davası”Cəlilabaddakı üzüm bağları ugrunda yeni nazirlə icara başçısı arasında konflikt yaranıb.
Keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovla dil taparaq üzüm bağları və bu sahəyə aid olan biznesini genişləndirən icra başçısı Əziz Əzizov yeni nazir Heydər Əsədovla anlaşa bilmir.


Belə ki, Fərhad və Rafiq Əliyev qardaşlarının həbsindən sonra onlara məxsus 150 hektara yaxın üzüm bağları müəyyən şəxslərin dəstəyi ilə icra başçısı Əziz Əzizovun nəzarətinə keçib. İcra başçısı dövlət fonduna aid olan torpaqları və bağları uzunmüddətli müqavilə ilə özünə yaxın şəxslərin adına sənədləşdirərək şəxsi təsərüfat sahələrini bir qədər də genişləndiririb.

Ümmumiyyətlə, Ə.Əzizovun nəzarətində, üzüm bağları ilə yanaşı məhsuldarlığı bol olan nar bağları və kartof əkimi sahələrinin olduğu deyilir.

Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, Fərhad və Rafiq Əliyev qardaşlarının həbsdən çıxması Ə.Əzizovu bərk narahat etsə də, Əliyev qardaşlarının ölkəni tərk etməsi vəziyyəti sabitləşdirib.

Bildirilir ki, cra başçısı gözdən pərdə asmaq üçün əkdirdiyi üzümlərin bir hissəsini şərab zavodlarına satdırır. Daha çox hissə üzüm isə Babaxanlı və Cəfərli kəndlərində yerləşən şəxsi təsərüfat sayılan mini şərab sexinə verirlir.

Ən acınacaqlı hal bu sexlərdə standartlara uyğun olmayan şərab və araq istehsal olunduğu barədə məlumatların olmasıdır. Məlumatlı şəxs bildirir ki, həmin şərablar müxtəlif adlarla Cəlilabad, Neftçala, Salyan və başqa rayonların mağazalarına, şadlıq saraylarına satılır.

Elə isə maraqlıdır ki, bu sexlərdə istehsal edilən şərab və araqlara hansı aksiz markaları vurulur? Fakt kifayət qədər ciddi olduğu üçün araşdırmaya ehtiyac yaranıb. Odur ki, araşdırmalardan sonra daha dəqiq məlumatlar verəcəyik. Hər halda Azərbaycanda saxta markalarla istehsal olunan bütün məhsullara görə, qanunda cinayət məsuliyyəti nəzərdə tutulur.

Mənbə icra başçısının təsərüfatına ən yaxın qohumlarından birinin nəzarət etdiyini qeyd edərək bildirir ki, Ə.Əzizov eyni zamanda hər il Rusiyaya vaqonlarla nar göndərir. Cəlilabad rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı soyuducularında saxlanılan üzüm və narların demək olar ki hamsı icra başçısının nəzarətində olan şəsxlərə məxsus olduğu deyilir.

Amma, bütün bunların fonunda işində ciddi olan yeni Kənd Təsərrüfatı naziri Heydər Əsədov bu qanunsuzluğa göz yummaq istəmir. Nazirin göstəri ilə bütün rayonlarda nazirliyə məxssun obyekt və torpaqlarda kimlərin hansı işlərlə məşgul olması araşdırılıb. Cəlilabaddakı üzüm bağlarının kimin nəzrətində olması və bu üzmlərin haraya və necə satılmasının araşdırılması zamanı ciddi problemlər yaranıb. Məlum olub ki, üzüm bağlarının məhsuldarlığı rəsmi sənədlər üzərində göstəriləndən daha çoxdur. Elə isə, bu üzmlər hara satılır və onlardan nə kimi istifadə olunur?

Təbii ki, yeni nazir bu qədər gəlirli sahənin Ə.Əzizovun nəzarətində qalması ilə razılaşmayacaq və qanunların imkan verdiyi qədər bu bağları nəzarətə götürəcək. İcra başçısı da öz növbəsində bağları ititrməmək üçün ciddi mübarizəyə başlayıb. Bu isə nazirlə icra başçısı arasında yeni konfliktə gətirib çıxarır.

Yəqin ki, Ə.Əzizov əlindəki üzüm bağlarını itirəcək. Çünki, qanunla bağlar Kənt Təsərrüfatı Nazirliyinin balansındadır… Bu bağlardan gələn milyonlar isə dövlətin yox, icra başçısı və ya onu himayə edənlərin cibinə axır.






Fikirlər