24.07.2014- Heydər Əsədov sabiq və hazırki 9 icra başçısını qorxuya salıb - Saxta qəbul planı
Mia.az xəbər verir ki, nazirlik bu barədə yerli əhaliyə müraciət edib.
Müraciətdə bildirilir ki, görüşdə iştirak etmək istəyən vətəndaşlar Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 020-205-07-93, 055-211-44-75) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
Mia.az-ın əldə etdiyi xəbərə görə, nazir Heydər Əsədovun bu səfəri nazirliyin həmin Bərdə Ərazi İdarəsinin rəhbəri, Ağdamın sabiq icra başçısı Həsən Sarıyevlə yanaşı, həmin rayonların icra başçısı və «Aqorservis» MMC-lərin sədrlərini qorxuya salıb.
Mənbə deyir ki, istər buğda istehsalçılarına ayrılan yardımların, istərsə də, «Aqroservis» MMC vasitəsi ilə yol verilən mənimsəmələr sözügedən vəzifəli şəxsləri əndişə içində saxlayır: «Onlar şikayətçilərin bu haqda nazirə gileylənəcəklərindən çox narahatdırlar. Artıq iki gündür nazirin qəbuluna kimləri salaacaqlarının siyahısı tutulur, onlar açıq şəkildə nə danışacaqları ilə bağlı təlmatlandırılır...»
mia.az