Şərq qadınlarının gözəllik sirri
Bu sirlər nəsildən-nəslə keçərək bugünümüzədək gəlib çatıb. Şərq qadınlarının gözəllik sirrini təqdim edirik. Şərqdə qadınlar anadangəlmə gözəl olsalar da, onları daha qatıq və süd məmulatları cavan və cazibədar saxlayır.
Süd və məmulatları sümük üçün xeyirlidir və dərini lazımlı vitaminlərlə qidalandırır. Bundan əlavə, qatıq saça xeyirlidir.
Şərqdə qadınlar həmişə çimməzdən əvvəl saçlarına qatıq sürtərdilər. Bundan sonra saçlar parıldayır və onların strukturu bərpa olur. Şərq qadınlarının əsas silahı onların baxışlarıdır. Bunun sayəsində şərqli gözəllər bir çox kişiləri “tora” sala bilirlər. Şərqdə sıx və qalın qaşlar gözəllik etalonu hesab olunur.
Ona görə də qızlar lap uşaqlıqdan qaşlarına gənəgərçək yağı sürtürlər. Əvvəlki kimi, indiki dövrdə də Şərqdə saçların boyanmasında xınadan istifadə olunur. Dərinin hamar olması və həzm sisteminin qaydasına düşməsi üçün burada yaşıl çaydan istifadə edirlər.
Bundan əlavə, yaşıl çay yaxşı yuxu üçün də xeyirlidir. Dişlərin ağardılması üçün şərq qadınları təbii məhsullardan istifadə edirlər. Bunun üçün qatı xama lazımdır. Xamanı diş fırçasının üstünə töküb dişləri yuyurlar. Bu proseduru gün ərzində bir neçə dəfə təkrarlamaq lazımdır.
Dərinin hamar olması üçün qadınlar həmçinin qəhvədən də istifadə edir. Əvvəlcə qəhvə dəmlənir, onu soyumağa qoyurlar. Sonra isə onun üzərinə 1:3 nisbətində zeytun yağı əlavə edin. Alınan qarışığa digər efir yağlarını da əlavə etmək olar.