Eldar Həsənovun qudasına vergi ittihamı - SİYAHI
Strateq.az-ın Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, həmin şirkətlər arasında "Azərenerji” ASC-nin "Gəncə regional elektrik şəbəkəsi” MMC, "Azərsu" ASC-nin "Birləşmişsukanal” MMC və "Sutikinti” müəssisəsi, "Doppelmayr Seilbahnen GmbH" kanat yollarının tikintisi şirkətinin filialı, "Hess (ACG) Limited" neft şirkətinin Bakı nümayəndəliyi, "Karasu Development Company" neft şirkətinin Kayman adalarında qeydiyyata alınmış nümayəndəliyi, "Petroleum Services Group SA" şirkəti, MILK-PRO süd emalı şirkəti, "Bakı Şərab-2" müəssisəsi, "Rotary Engineering" şirkətinin Bakı filialı və digər şirkətlər var.
Ümumilikdə siyahıda 405 hüquqi və fiziki şəxs yer alıb. 2015-ci ilin yanvar ayı ilə müqayisədə vergi borcunu ödəməyənlərin sayı 6,6 faiz artıb.
Onu da qeyd edək ki, "Bakı Şərab-2" müəssisəsi sabiq baş prokuror Eldar Həsənovun qudası Rabil Hüseynova məxsusdur.