14.05.2014. - Nazirlikdən 3 milyarda yaxın ödəniş
2 milyard 650 milyon 404,6 min manat
vəsait daxil olub.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu məbləğin 39,8 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 11,6 faizi fiziki şəxslərin gəlir vergisinin, 9,4 faizi aksizlərin, 14,5 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 411 milyon 900 min manat vəsait daxil olub.
Yanvar-aprel aylarında respublika üzrə 30 min 131 vergi ödəyicisi qeydiyyata alınmışdır. 1 may 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 564 min 408 nəfər təşkil edib.
2014-cü ilin yanvar-aprel ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,2 faiz təşkil edib.