Diş çürüməsinin qarşısını pendirlə alın

Pendirin ağızdakı ph dəyərini artırması sayəsində dişləri çürüklərə qarşı qoruya biləcəyi təyin olunub

 

Aparılan bir araşdırmaya görə, pendirin ağızdakı ph dəyərini artırması sayəsində dişləri çürüklərə qarşı qoruya biləcəyi təyin olunub.

 "General Dentistry" jurnalında nəşr olunan bir araşdırmada 12-15 yaşındakı 68 iştirakçının pendir, süd və qatıq yemədən əvvəl və sonra diş düyününün ph dəyərinə baxılıb. Elm adamları iştirakçıları təsadüfi 3 qrupa ayırıblar. İlk qrupdakılara pendir, ikinci qrupdakılara süd və üçüncü qrupdakılara şəkərsiz qatıq verilib.
 
Qrupların hamısı 3 dəqiqə ərzində bu məhsulları yeyiblər və suyla ağızlarını yaxalayıblar. 10, 20 və 30 dəqiqə sonra iştirakçıların ağzındakı ph dəyəri qiymətləndirilib.
 
Süd içən və qatıq yeyənlərin ağızındakı ph dəyərində dəyişiklik görülməyib. Ph dəyərinin 5,5-dən aşağı olmasının dişdə eroziya riskini artırdığını ifadə edən elm adamları pendir yeyənlərin ph dəyərinin sürətlə və gedərək artdığını təyin ediblər.
 
Elm adamları, pendirin dişlər arasında əzilməsinin tüpürcək ifrazatının artmasını təmin etdiyini, bundan əlavə, içindəki bəzi maddələrin diş minasına müsbət təsir edərək, dişləri turşudan qoruduğunu vurğulayıblar.

 (Azərtaym.az)






Fikirlər